Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günədək 232 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Hacıqabul stansiyasında 2 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Vətənim Media Shorts

YouTube-da aç ↗