Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir.
Turkustan.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq:
“Sabah bu günlə müqayisədə temperatur hardasa 5 dərəcə aşağı enəcək, 4-6 dərəcə arası dəyişəcək. Yanvarın 9-dan 10-a keçən gecə güclü külək gözlənilir. Dağlıq ərazilərdə qar yağa bilər, lakin yaxın günlərdə biz paytaxtda qarlı proseslər gözləmirik”.
