Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. Turkustan.info xəbər verir ki, paytaxtın Diqomi rayonunda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.
Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edib. /Modern.az/
