VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
18.01.2019 19:29 · gunaynovruz

Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi Yerevanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.…

Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi Yerevanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.

Erməni KİV-ləri xəbər verir ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı “avtoritar dövlət” adlandırmasına rəsmi Tehranın reaksiyası geciksə də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışların Ermənistan və İran arasında ciddi gərginliyə səbəb olacağını bildirirlər. Siyasi icmalçı Artyom Tonoyan bu məsələ ilə əlaqədar qeyd edib ki, Rusiya ilə münasibətlərin də “qənaətbəxş olmadığı bir vaxtda” deputatların İranla bağlı bu cür bəyanatları ikitərəfli əlaqələrdə ciddi problemlər yarada bilər.

İranın “Pars Today” agentliyi isə qeyd edib ki, sözügedən bəyanatın müəllifi olan erməni deputat parlament rəhbərliyi və ekspertlərin təzyiqindən sonra İrandan üzr istəməli olub. Rəsmi Tehranın bu cür bəyanatlara münasibətdə təmkinli davrandığını diqqətə çatdıran ekspertlər hesab edirlər ki, Ermənistan parlamentində heç bir təcrübəyə malik olmayan yeni deputatlar dövlətlərarası münasibətlərə dair təhlükəli çıxışlara son qoymalıdırlar.

AzərTAc qeyd edir ki, ekspertlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Bakıya səfəri zamanı Tehranın Qarabağ torpaqlarını Azərbaycan əraziləri hesab etməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməzliyi haqqında fikirlərinin Yerevanda böyük təlaşa səbəb olduğunu da bildirirlər.