Rusiya hakimiyyəti Ukrayna ilə sərhəddə “İsgəndər” raketləri yerləşdirib.
Turkustan.info xəbər verir ki, bu barədə “Fox News” peyk görüntülərinə əsasən, məlumat yayıb.
Məlumata görə, fotolar 17 yanvarda Krasnodar vilayəti üzərində çəkilib.
“ImageSat International” mütəxəssisləri fotoları dəyərləndirərək “İsgəndər”in Ukrayna sərədindən 430 km məsafədə olduğunu bildirib.
Bununa yanaşı, Rusiyanın Monqolustan yaxınlığına, Ulan-Udeyə 4 “İsgəndər” qurğusu apardığına dair xəbərlər var.
“ImageSat International” ekspertləri “Bu, NATO-nun təcavüzkar siyasətinə qarşı Rusiyanın addımıdır”,- deyə bildirib.
Xatırladaq ki, Kalininqradda “İsgəndər-M” raket kompleksinin yerləşdirilməsi barədə xəbər hələ 2016-cı ildə yayılmışdı. Bu rus raketlərinin hərəkət radiusu 500 km-dir. /Cebhe.info/
