VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
19.01.2019 10:08 · gunaynovruz

Türkiyənin rus elitasını şoka salan addımı – Analiz

Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a son zamanlar Türkiyənin xarici siyasətində sezilən dəyişikliklərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə,…

Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a son zamanlar Türkiyənin xarici siyasətində sezilən dəyişikliklərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, son zamanlar Türkiyənin xarici siyasətində Rusiya da önəm kəsb edir:

“Düzdür, Rusiya ilə əlaqələr Türkiyəyə mənfəət gətirir. Bu əlaqələr xüsusən də qardaş ölkənin turizm sektoruna böyük gəlirlər qazandırır. Üstəlik, türk şirkətləri Rusiyadan böyük sifarişlər alıblar. Ancaq buna baxmayaraq, Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir. Məsələn, Türkiyənin indiki sənaye bazasının inkişafında Almaniyanın, hərbi sənayesinin formalaşmasında ABŞ-ın rolu danılmazıdır. Bu mənada Qərb dəyərlərinin Türkiyədə oturuşması fonunda Avropa ilə sıx əlaqələr Türkiyənin inkişafına daha çox stimul verəcək”.

Sabiq dövlət müşaviri hesab edir ki, istənilən halda Türkiyə siyasi oriyentasiyasına korrektlərdə ehtiyatlı davranmalıdır:

“Hətta Türkiyə son zamanlar İranla da münasibətlərinin səviyyəsini yüksəldir. Türkiyə siyasi oriyentasiyasını yönləndirərkən ənənəvi siyasətdən qəti dönüşə meyillənməməlidir. Belə ki, NATO ilə inkişaf xətti ilə bərabər, Rusiya ilə bünövrəsi qoyulmuş əlaqələr də qorunub saxlanılmalıdır”.

Politoloq onu da əlavə edib ki, Rusiya son zamanlar Türkiyənin Ukrayna ilə yaxılaşmasından dərin narahatlıq keçirir: “Ukraynaya kəşfiyyat dronlarının satılması qərarı Rusiyada böyük qalmaqala səbəb olub. Zənnimcə, Türkiyə Ankara-Kiyev münasibətlərindən şoka düşən rus dairlərinin hansı məqsədlər güddüyünü diqqətdə saxlayaraq tədbiri əldən verməməlidir”.