Abort etdirmək üçün yeni qayda: Rəhbərlikdən icazə al, sonra…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Abortdan əvvəl Rusiya qadınları yerli rəhbərliyin razılığını alacaqlar.

Bu barədə qərarı Rusiyanın Penza əyalətinin qubernatoru İvan Belozertsev verib. O, bələdiyyə rəhbərlərinə göstəriş verib ki, abort etdirməyə qərar verən qadınlarla şəxsən görüşsünlər. Bu görüşlərdə  bələdiyyə sədrləri qadınları abort fikrindən daşındırmağa səy göstərməlidirlər. 

Turkustan.info xəbər verir ki, qubernator dekabrdan etibarən hər bir qadınla baş həkim, bələdiyyə başçısı, psixoloq, qadın ictimai təşkilatların nümayəndələrinin əlavə olaraq işlədiyini bildirib:“Bu, abortın qarşısının alınması üçün çox vacibdir. Bundan əlavə, gələcəkdə hər bir ananın müəyyən rəhbər vəzifələrdə təmsil olunması lazımdır. Əgər hər hansı qadın abortdan imtina etməsə, bu, hakimiyyətin sadəcə onunla yaxşı işləməməsi deməkdir. Belə bir hal baş verdiyini bilsəm, məsul şəxslər öz vəzifələrindən azad olunacaqlar”, – deyə qubernator əlavə edib.    /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗