Yerdə həyat belə yaranıb: 4,4 milyard il əvvəlin gizlinləri

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Yerdə həyatın necə yaranmasına dair nəzəriyyə açıqlanıb. Nəzəriyyəyə görə, Yerdə həyat planetlərin başqa, daha böyük həcmli göy cismi ilə toqquşmasından sonra Ayın formalaşması  nəticəsində yaranıb.

Turkustan.info xəbər verir ki, ABŞ-ın Raysa Universitetinin mütəxəssislərinin gəldiyi bu qənaət  “EurekAlert” tərəfindən dərc olunub.

Mütəxəssislərin rəyinə görə, 4,4 milyard il bundan əvvəl Yerin üzərində sözügedən toqquşma hadisəsi baş verib. Alimlər hesab edir ki, əgər bu baş verməsəydi, biosferin yaranması üçün kimyəvi elementlər kifayət etməzdi.

Qeyd edək ki, indiyə qədər elm aləmi Yerdə həyatın yaranmasına dair minlərlə ssenarinin kompyüterləşmiş variantını hazırlayıb və alimlər öz nəzəriyyələrini sübut etməyə çalışıblar.    /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗