İki deputatımıza AŞPA-da yeni vəzifə verildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Milli Məclisinin iki deputatı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni vəzifəyə seçiliblər.

Turkustan.info-nun məlumatına görə, AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər.

Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. 

Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.  /Modern.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗