Azərbaycanla Ermənistan Qarabağla bağlı razılaşmanı martda imzalaya bilər.
Turkustan.info xəbər verir ki, bunu “Joxovurd” qəzetinə açıqlamasında rusiyalı politoloq Modest Kolerov deyib. O, tərəflər arasında razılaşmanın çoxdan mövcud olduğunu, sadəcə, bu sənədlərə yekun imzanın bu tarixdə atılacağını söyləyib.
Qəzetə açıqlama verən Qarabağ separatçılarının sözçüsü David Babayan isə belə razılaşmanın olacağına inanmadığını deyib. O, qondarma rejimin iştirakı olmadan Qarabağla bağlı razılaşmanın olmayacağını söyləyib.
Qeyd edək ki, bundan öncə rusiyalı politoloq Stanislav Tarasov iyun ayında Ermənistanın Azərbaycana bir neçə rayonu qaytaracağı barədə məlumat yaymışdı. /Axar.az/
