ABŞ Maduronu devirmək üçün 5 min hərbçi göndərir?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Kolumbiyaya 5 min hərbçi”, – deyə Boltonun kitabçasında qeyd olunub

 Jurnalistlər Birləşmiş Ştatlar prezidentinin prezidenti Donald Trampın kitabçasında 5 min hərbçinin Kolumbiyaya göndərilməsinə dair qeyd görüblər. Bu barədə Turkustan.info “USA Today”-a istinadən xəbər verir. 

Məlumata əsasən, bu, Ağ Evdə Venesueladakı vəziyyətə dair keçirilən brifinqdə baş verib.

“Kolumbiyaya 5 min hərbçi”, – deyə Boltonun kitabçasında qeyd olunub.

Vurğulanır ki, bu insident ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi ilə bağlı xeyli suallar doğurub.

Xatırladaq ki, noyabrın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.  /sputnik.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗