Türkiyə Hərbi Hava Qüvvələrində Fətullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 50 pilot saxlanılıb.
Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, 3-ü polkovnik, 4-ü mayor və 4-ü leytenant olmaqla, ümumilikdə 50 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı “Türkiyə Konstitusiyasına qarşı çıxmaq, hökumətə qarşı qiyam, terrorçu təşkilata üzv olmaq” kimi ittihamlar irəli sürülüb. /Cebhe.info/
