Elnur Səmədov Rusiya çempionu oldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanəsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında Rusiyanın boks üzrə çempionu olub.

“Rubin.az” xəbər verir ki,“Qafqazinfo” “TASS”a istinadən məlumatına görə, Səmədov Ümumrusiya Boks Forumu çərçivəsində Anapada keçirilən təkbətək döyüşdə Visxan Murzabekovu məğlub edib.

25 yaşlı Elnur apreldə Prezident Kubokunun seçmə turnirinin yarımfinal döyüşündə erməniəsilli döyüşçü Ayk Şahnazaryanla qarşılaşacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗