VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
05.02.2019 12:14 · gunaynovruz

Azərbaycanda yeni qurum yaradıldı – Cəmi 16 işçisi olacaq

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib. Turkustan.info xəbər…
Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Turkustan.info xəbər verir ki, qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.   /BakuPost/