VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
06.02.2019 10:31 · gunaynovruz

ABŞ-da böyüyən gənc soydaşımız

Gənclik təravətdir, ömürdən ala bildiyin ən qiymətli qənimətdir… Bəli, gənclik illəri ömrün ən gözəl çağlarıdır. Onu elə yaşamaq lazımdır ki, nə vaxtsa xatırlayanda ağrı-acısı az olsun. Demirəm ki, onun azadlığını boğasan, imtiyazlarından…

Gənclik təravətdir, ömürdən ala bildiyin ən qiymətli qənimətdir…
Bəli, gənclik illəri ömrün ən gözəl çağlarıdır. Onu elə yaşamaq lazımdır ki, nə vaxtsa xatırlayanda ağrı-acısı az olsun. Demirəm ki, onun azadlığını boğasan, imtiyazlarından istifadə etməyəsən. Axı, o sənə ikinci dəfə verilməyəcək, bir də heç kim deməyəcək ki,- “Hələ gəncdir, yaşlananda anlayar”…
Haqqında söhbət açdığım Elvin Yolçuyev də gəncdir, vur-tut 25 yaşı var. Amma ağıllı gənclərdəndir, vətəndən uzaqda böyüsə də milli kimliyini unutmur, soy-kökünə sədaqətlidir. Onu söhbət zamanı bilərəkdən ana dilimizdə danışdırdım ki, azərbaycanlı olduğundan qürur duysun…
…Fikirlərini rahat ifadə edir, düşündüklərini çatdırmağa çalışır. O, danışdıqca adam belə bir gənc soydaşının olmasına çox sevinirdi…
…1993-cü ildə Şamaxı rayonunda dünyaya gəlib. Atasıgil onun 7 yaşı olanda ABŞ-ın İlinois ştatının Çikaqo şəhərinə köçüblər. Orta təhsilini Çikaqoda alıb. 2016-cı ildə Miçiqan Dövlət Universitetini bitirib. O, burada kompyuter elmləri, biznes, media və informasiya ixtisasına yiyələnib. Hazırda “VIZNAMI ©” media şirkətinin rəhbəridir…
…Rəhbərlik etdiyi şirkət xeyli uğurlara imza atıb. Müqavilə yolu ilə işə götürdüyü bir neçə təcrübəli əməşdaşı da var. Şirkətin gördüyü işlər sırasında bu xidmətlər yer alıb- qrafik dizayn, kliplərin çəkilməsi və montajı, vebsaytların yığılması, reklam çarxlarının hazırlanması və s..
Deyir ki,- “Daha keyfiyyətli iş görmək, daha çox müştəri deməkdir. Şirkətin fəaliyyət sahəsini genişləndirmək istəyirəm. Planlaşdırıram ki, film çəkilişləri ilə də məşğul olaq. Bunun üçün şirkətimizə qarşı inam, etibar yaratmaq lazımdır ki, rejissorlar bizimlə işbirliyindən çəkinməsinlər”…
…Hər iki-üç ildən bir ata-baba yurduna gedir. Söylədiyinə görə, Azərbaycanı çox sevir…
Bütün bunlar bir başlanğıcdır, Elvin Yolçuyevin ən böyük uğurları hələ qabaqdadır. İnanırıq ki, nə vaxtsa onun adı ABŞ-ın ən varlı sakinlərinin sırasında hallanacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve açık hava

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar