NATO-ya üzv olan 29 ölkənin nümayəndələri Makedoniyanın təşkilata üzv olmasına dair protokolu imzalayıb.
Turkustan.info xəbər verir ki, protokolun imzalanması ratifikasiya prosesini sürətləndirəcək. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Makedoniya təşkilatın iclaslarına dəvət olunacaq.
Makedoniyanın XİN rəhbəri Nikola Dimitrov isə deyib ki, yaxın zamanda ratifikasiya prosesi ilə bağlı 29 müttəfiq dövlətin paytaxtlarına səyahət edəcək.
Qeyd edək ki, NATO-nun növbəti zirvə görüşü dekabr ayında Londonda keçiriləcək.
Məlumat üçün bildirək ki, əvvəlki zirvə görüşü ötən ilin iyul ayında Brüseldə keçirilib. /BakuPost/
