VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıPrezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
06.02.2019 17:05 · gunaynovruz

“Formula 1” daha 3 il Bakıda keçiriləcək – FOTOLAR

"Formula 1" yarışı daha 3 il, yəni 2023-cü ilədək Azərbaycanda keçiriləcək.Trend-in məlumatına görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru…

“Formula 1” yarışı daha 3 il, yəni 2023-cü ilədək Azərbaycanda keçiriləcək.Trend-in məlumatına görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.

A.Rəhimov qeyd edib ki, “Formula 1” yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Nazirin sözlərinə görə, “Formula 1” həmçinin Bakını dünyada idman yarışlarının keçirildiyi bir məkana çevirir: “Bu yarışların keçirilməsi Azərbaycana gələn turistlərin də sayını artırır, ölkəmizi dünyada təbliğ edir”.

Qeyd edək ki, “Formula 1” açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. “Formula 1” üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək “Formula 1” yarışlarına aprelin 26-dan start veriləcək.