VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
06.02.2019 14:42 · gunaynovruz

Paşinyan provokasiyaya çəkilir: “Bakı savaşa hazırlaşır”

İlham Əliyevlə Nikol Paşinyanın Davos görüşündə Qarabağ konflikti müzakirə edilib. Turkustan.info xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında Ermənistanın eks-deputatı Ruben Akopyan deyib. “Xarici siyasət sferası kölgədə və kulisdə olur. Hesab etmirəm ki, Davosda…

İlham Əliyevlə Nikol Paşinyanın Davos görüşündə Qarabağ konflikti müzakirə edilib.

Turkustan.info xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında Ermənistanın eks-deputatı Ruben Akopyan deyib.

“Xarici siyasət sferası kölgədə və kulisdə olur. Hesab etmirəm ki, Davosda müzakirə edilənlər dərhal açıqlanmalıdır. Azərbaycan tərəfinin görüşdən öncə söhbətin nədən gedəcəyi ilə bağlı tam məlumatlı olması artıq başqa məsələdir. Bizim baş nazir görüşün 1,5 saat davam etdiyini və təsadüfi olduğunu deyəndə bir növ kəndçi hiyləgərliyi etməyə çalışdı. Aydın olan odur ki, tərəflər Qarabağdan danışıblar və növbəti gün məhz Davosda Paşinyana Bolton zəng etdi və söhbət Qarabağdan getdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Paşinyan məsləhətlərə qulaq asmayacağı halda bütün Ermənistan ağır məsuliyyət altında qalacaq:

“Xalqları sülhə hazırlayın” deyəndə nəyinsə baş verdiyini, prosesin getdiyi nəzərdə tutulur. Biz gərək səhvlərimizdən nəticə çıxaraq. Bütün bu dövr ərzində Azərbaycan tərəfi udub. Paşinyanın icra edilməyəcək razılaşma barədə hesabat vermək vaxtı çatıb. Xalqı həyəcanlandırmaq istəməzdim, amma müharibə heç də uzaqda deyil. Allah eləsin ki, mən yanılım”.

Azərbaycanı savaşa hazırlaşmaqda ittiham edən Akopyan son günlər atəşkəs xəttindəki sakitliyin guya Azərbaycanın maraqlarına cavab vermədiyini deyib.  /Axar.az/