İstanbulda bina çökdü: 43 nəfər dağıntılar altında – Foto

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İstanbulda Bankalar prospektindəki Cevizli məhəlləsi, Səma küçəsində altımərtəbəli bina çöküb.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, 12 mənzilin olduğu binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur.

Hazırda yerinə polis və yanğınsöndürənlər cəlb olunub, axtarış-xilasetmə əməliyyatı keçirilir.

***

Anadolu Respublika Baş Prokurorluğu çökən bina ilə bağlı istintaq başladıb.

Hadisə ilə bağlı lazımi araşdırma və tədqiqatların diqqətlə aparıldığı bildirilib.

***

İstanbulda çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub.

Birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

Vətənim Media Shorts

YouTube-da aç ↗