Yenidən həmin ərazidə güclü zəlzələnin baş verməsi gözlənilmir – RƏSMİ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dünən 23:21-də İsmayıllı, Şamaxı rayonlarında ard-arda baş verən ərazidə gərginliyin olduğu məlum idi. 

Həmin ərazidə gərginlik həmişə var. 2018-ci ilin seysmik xəritəsində həmin bölgə ən aktiv zona kimi müəyyən edilmişdi. 

Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib. Q.Yetirmişli onu da bildirib ki, bu zəlzələni orta güclü zəlzələ hesab etmək olar.Ən çox dağıntı yaradan 9 bal gücündə zəlzələlərdir”. 

Q.Yetirmişli deyib ki, dünən 23:31-də baş verəcək zəlzələnin maqnitudası, yeri barədə dəqiq məlumat vermək mümkün deyildi: 

“Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil. Dünən insanların hadisə zamanı qaçarkən xəsarət alması əhalinin buna hazır olmadığını göstərir”. Q. Yetirmişli ərazidə enerji boşalması getdiyini, təkrar eyni gücdə zəlzələnin baş verməsinin mümkün olmadığını söyləyib.  /Movqe.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗