NATO və Rusiya Berlinə toplanır – Dünyanı xilas etmək üçün

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Silahsızlanma ilə bağlı beynəlxalq konfrans Berlində baş tutacaq.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. Onun sözlərinə görə, konfrans martın 15-də keçiriləcək.

O, qatil robotlar, yeni raket sistemləri, bioloji və kiber silahlara nəzarət üçün yeni qaydalar və texnologiyalara ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, konfransa AB və NATO ölkələri ilə bərabər Hindistan, Yaponiya və Rusiyanın da dəvət edilməsi nəzərdə tutulub.  /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗