VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
09.02.2019 07:58 · gunaynovruz

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR

Tarixin ən mübahisəli mövzularından biri də rusların məhbuslar üzərində apardığı insanlığa sığmayan təcrübələrdir. Heyvani davranışlarla insanlar üzərində tibbi eksperimentlər aparan mütəxəssislər haqqında tarixi faktlar əsasında filmlər belə çəkilib. Həmin vəhşi təcrübələrdən biri…

Tarixin ən mübahisəli mövzularından biri də rusların məhbuslar üzərində apardığı insanlığa sığmayan təcrübələrdir. Heyvani davranışlarla insanlar üzərində tibbi eksperimentlər aparan mütəxəssislər haqqında tarixi faktlar əsasında filmlər belə çəkilib. Həmin vəhşi təcrübələrdən biri də yuxudur. Mütəxəssislər insanların nə qədər müddət yuxusuz və havasız yaşaya biləcəklərini sınaqdan keçirtmək istəyirdilər. Nəticələr isə heç kimin ağlına belə gəlməzdi.

Turkustan.info Publika.az-a istinadən sizə tarixin ən qəddar və unudulmaz təcrübələrindən keçən məhkumların acınacaqlı taleyi haqqında maraqlı faktları təqdim edir:

Xatırladaq ki, müxtəlif mənbələrdə dərc edilən material haqqında Rus hökuməti nə təsdiq, nə də inkar edici açıqlama verib. Ağlasığmaz faktların isə gerçək ola bilmə ehtimalı çox böyükdür.

Tədqiqatçılar sözügedən araşdırmaları İkinci Dünya Müharibəsi illərində ələ keçirdikləri məhbuslar üzərində aparıblar. Əvvəlcədən məhkumlarla şərt kəsən tədqiqatçılar sınaq müddətinin sonunda sağ qalanlara “azadlıq vəd edərək” razı salıblar. Şərtlərə görə, sınaq müddəti 30 gün olacaq və sonunda həyatda qalmağı bacaran məhkumlar öz vətənlərinə aparılacaq.

Təcrübə üçün isə sadəcə 5 məhkum kifayət idi. Onların içərisində kök, arıq, fiziki cəhətdən güclü və zəif insanlar vardı. Oksigen səviyyəsi xüsusi cihazlarla ölçülən otağa salınan məhbusların 30 günlük “cəhənnəm əzabı” başlayıb.

Məqsəd məhkumların 30 gün ərzində yuxusuz qalıb-qalmayacağını test etmək idi. Qapalı otaqda məhbuslara kifayət qədər qida məhsulları, çay, su və kitab qoyulmuşdu.

Otaqda mikrofon sistemi quraşdırıldığı üçün davamlı şəkildə məhbusların danışıqları dinlənilirdi. Məhkumlar yatmasın deyə otağa xüsusi qaz buraxılırdı. Zəhərlənmə hallarının qarşısını almaq üçün otağa az miqdarda oksigen də buraxılırdı.

Sınağın 5-ci günü artıq şikayətlər başlamışdı…

Məhkumlar mikrofonla tədqiqatçılara vəziyyətlərindən şikayət edir və bu təcrübəni idarə edənlərə hər şeyi dayandırmaqlarını deyirdilər. Lakin onları eşidən yox idi.

9-cu gün məhkumlardan biri dayanmadan qışqırmağa başlayıb. Qışqırmağa davam edən məhkumun səsi sadəcə gurultudan ibarət idi. Heç bir söz. İfadədən istifadə etmirdi. Tədqiqatçılar məhkumun səs tellərini parçaladığını irəli sürdülər. Daha maraqlısı isə bu vəziyyəti görən digər məhbusların pıçıltı ilə danışmasıdır. Bir neçə gün onlar heç bir kəlmə də söhbət etmirlər. Tədqiqatçılar səssizliyə aldanaraq onların öldüyünü düşünür.

Üç məhkumun ölümündən sonra geridə qalan 2 məhkum kitabların vərəqlərini cırıb kameraların və mikrofonların üzərinə qoyurdu.

12-ci gün də səs gəlməyincə, ölmüş ola biləcəkləri ehtimalı daha da artıb. Tədqiqatçılar əvvəl mikrofonların xarab olduğunu düşünsələr də, yoxlanışdan sonra bəlli olub ki, mikrofonda problem yoxdur. Otaqdakı oksigen səviyyəsi isə onların hər birinə çatacaq dərəcədə idi.

14-cü gün məhbuslar “Artıq azad olmaq istəmirik” deyərək üsyan ediblər. Məhbusların sakitliyi, kameraların kitab vərəqləri ilə bağlanılması tədqiqatın gedişatına mane olduğu üçün qərara gəlirlər ki, otağa daxil olsunlar.

“Otağa daxil oluruq, qapıdan aralıda yerə uzanıb əllərinizi başınızın üzərinə qoyun. Əks halda atəş açacayıq. Sakit olsanız azadlığa çıxacaqsınız” deyə səs eşidilir. Sağ qalan 2 məhbusdan biri onlara cavab olaraq zəif və halsız səslə: “Biz artıq azad olmaq istəmirik” deyib.

15 gündən sonra otağın qapısı açılır və bir anda otağa oksigen daxil olur. Təmiz havanı ciyərlərinə çəkən məhbuslar ucadan qışqırmağa başlayıb. İçəridən 2 fərqli səsin yalvarış hayqırtıları eşidilirdi. Rus əsgərləri məhkumları otaqdan çıxararkən gördükləri mənzərə qarşısında şoka düşüblər. 15 gün ərzində məhbuslar belə bu qədər ucadan qışqırmamışdı.

Ölən məhkumlardan biri kanalizasiya borusunun üzərində öldüyündən içəridə sidik iyindən dayanmaq olmurdu. İçəri 10 santimetr hündürlüyə qədər su ilə dolu idi. Su hesab etdikləri mayenin qan olduğunu isə çox sonra cəsədlərin üzərindəki cırmaq və diş izlərini gördükdən sonra anlayıblar.

Sağ qalan məhkumların isə saqqalları uzanmış, dəriləri parça-parça olmuşdu. Dırnaqlarının arasındakı dərilər isə onların bir-birinə xəsarət yetirdiyini açıq-aşkar göstərirdi.

Tədqiqatçılar onların əlbəyaxa dalaşdığını inkar etməsə də, bəzi yaraların yaranması heç də diş və dırnaq yaralarına oxşamırdı.

Yeməklərin çoxunun yeyilməmiş olması isə ayrı mövzu. 15 gün acmı qalmışdılar?

3 məhkumun hər üçünün qarın bölgəsindəki orqanlar və qabırğaları demək olar ki, yox idi. Ürək, ağciyərlər, diafraqma və əzələlərin çoxu döş qəfəsinin xaricinə çıxmışdı. Qan damarları və orqanlar sağlam qalsa da, digərlərini çıxarıb yerə atmışdılar. Amma məhkumlar hələ də “yaşayırdılar”. Bütün bunlara baxmayaraq, onların həzm sistemləri çalışırdı. Bir neçə gün nəzarətdə saxlanılan məhbuslar yedikləri İNSAN ətini qusublar.

Məhbuslar rus əsgərlərinə otaqdan çıxmamaq üçün yalvarırdı.

Münaqişə əsnasında məhbuslardan biri əsgərin boğazını dişləyərək onu boğub.

Əməliyyat masasında orqanları çıxarılan məhbuslardan biri gülümsəyərək “kəsməyə davam et” deyə pıçıldayır.

Həkimlər tədqiqatların nəticəsiz qalmasına görə məyus olduqları zaman komandir əmr verir ki, sağ qalan məhbuslar yenidən sınaq otağına qaytarılsın.

Tədqiqatçılardan biri silahını çəkib öncə komandiri, sağ qalan məhbusları ən sonda da özünü öldürür.