Ermənistan ordusunun hərbi hissələrindən birində ölüm faktı qeydə alınıb.
Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü hərbi qulluqçu Mesrop Qriqoryan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan faktı təsdiqləyib. /Azvision.az/
