VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
18.03.2019 11:40 · gunaynovruz

ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi

O, Amerikaya turist kimi gəlib, vizasının müddəti bitəndən sonra geri dönməyib. Çox çətinliklərdən keçib, başına elə hadisələr gəlib ki, danışdıqca hislərimi cilovlaya bilmirdim. Özüylə gətirdiyi pul bitənə yaxın qaldığı oteli tərk etməli…

O, Amerikaya turist kimi gəlib, vizasının müddəti bitəndən sonra geri dönməyib. Çox çətinliklərdən keçib, başına elə hadisələr gəlib ki, danışdıqca hislərimi cilovlaya bilmirdim. Özüylə gətirdiyi pul bitənə yaxın qaldığı oteli tərk etməli olub. Nyu Yorkun Bruklin hissəsindəki həyətlərdən birində skamyada gecələyərkən Lyuba adlı 70 yaşlı bir belarus qadın ona yaxınlaşıb, neçə gündür skamyada nə üçün gecələdiyini soruşub. O da başına gələnləri ona danışıb, pulunun tükəndiyini, iş axtardığını söyləyib. Lyuba xanım mərhəmət göstərərək onu öz evinə dəvət edib. Bir neçə gün orada yaşadıqdan sonra qadın ona iş də tapıb. O vaxt Nyu Yorkda fəaliyyət göstərən “Abşeron” restoranına gətirib. Restoranın müdiri, milliyətcə yəhudi olan, Bakının Maştağa kəndindən Yaşar kişi onu işə götürüb və həyatı yavaş-yavaş öz axarına düşüb…

 

Haqqında söhbət açdığım Həbib Məmmədov 1971-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya gəlib. 1987-ci ildə Bakıdakı 255 nömrəli orta məktəbi bitirərək bir neçə il avtomobil hissələri və aksesuarlarının biznesi ilə məşğul olub. 1991-1995-ci illərdə Ukraynada Taras Bulba adına Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakultəsində ali təhsil alıb. 1995-ci ildə Bakıya dönərək dörd il müxtəlif işlərdə çalışıb. 1999-cu ildən ABŞ-ın Nyu York şəhərində yaşayır. Bir il restoranda aşpazlıq etdikdən sonra 2001-2010-cu illərdə Bruklin Zərgərlik Fabrikində zərgər işləyib. 2010-2013-cü illərdə Nyu York Tibb Universitetində təhsil alaraq tibb işçisi ixtisasına yiyələnib. Eyni zamanda iki uşaq bağçası yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2013-2016-cı illərdə təsis etdiyi tikinti-təmir şirkətinə rəhbərlik edib. 2016-cı ildə “Best Professional Home Care” şirkətini yaradıb. Onun həyat yoldaşı ilə birlikdə rəhbərlik etdiyi bu şirkət Nyu Yorkda yaşayan ahıl yaşlı azərbaycan, türk və rus dilli əhaliyə xidmət göstərir. İngilis, ispan, özbək dillərində sərbəst danışır. İdmanla məşğul olur…

…Ömür-gün yoldaşı Şahnaz xanım ixtisasca ingilis dili müəllimidir. Üç övladı var, iki oğlan, bir qız…

Deyir ki,- “İngilis dilində danışmağı bacaran, əlində ixtisası, peşəsi olan, xüsusən də həkimlər, mühəndislər buyurub ABŞ-a gələ bilərlər. Bir-iki il çətinlikləri olsa da, sonrakı həyatlarından məmnun qalacaqlar. Nyu Yorka pənah gətirənlərə isə kömək etməyə həmişə hazıram”…

Həbib sözün əsl mənasında çox bacarıqlı, necə deyərlər, ürəyi yanan, istiqanlı insandır. Qardaş və bacılarından başqa əlliyə yaxın dost-tanışın Amerikada məskunlaşmasına təmənnasız yardım edib, qayğılarını çəkib…

Bütün insanlar kimi onun da arzuları var. İstəyir ki, işğal olunmuş torpaqlarımız tezliklə geri alınsın. Lazım gələrsə əlinə silah götürüb döyüşməyə hazır olduğunu da, dilə gətirir.
Bəli, milli kimliyini uca tutan, Amerikaya turist kimi daxil olan bu soydaşımız, indi Amerika Birləşmiş Ştatlarının azərbaycanlı vətəndaşıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan