Sumqayıtda avtobusun altında qalan şəxs öldü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.az xəbər verir ki, aprelin 1-də Sumqayıt şəhər Heydər Əliyev prospektində “KİA” markalı, 50 AE 646 dövlət qeydiyyat nişanlı avtobus 1966-cı il təvəllüdlü Tağıyev Faiq Təriş oğlunu vurub. Ağır bədən xəsarətləri alan piyada Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı ötən gecə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗