İndonezyada şiddətli yeraltı təkanlar qeydə alınıb.
Turkustan.info xəbər verir ki, Sulavesi adasının cənubunda meydana gələn zəlzələ 7 bal gücündə olub.
ABŞ Geoloji Araşdırmalar Qurumunun verdiyi informasiyaya görə, zəlzələ yerli vaxtla 19:40-da qeydə alınıb. Yeraltı təkanların episentri 43 km dərinlikdə olub.

İndoneziya Meteorologiya, Hava və Geofizika Agentliyi zəlzələdən sonra sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib. /Publika.az/
