Aqrar sahədə işləyə bilən ixtisaslı kadrlar yetişir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Chinara Nasibova 6 ayliq təcrübə müddətindən sonra istixana təsərrüfatında xeyli vaxtdır lider olaraq çalışır.

Onun vəfizəsinə Priva Climate Control(istixanaların elektron idarə edilməsi), daimi becərmə yolu ilə istixana əkinlərinin idarəsi,onun tabeliyində olan və mövsümi işçilərə rəhbərlik, istixanaların ümumi nəzarəti, bitki mühafizəsi və monitorinq, məhsulları müştərilərə satmaqla razılaşma,  istixana üçün əkinçilik planının yaradılması daxildir. Eyni zamanda iş proseslərinin nəzarətinə, daxili logistika proseslərinə, həmçinin iş zalı və istixanaların təmizliyinə də  məsuliyyət daşıyır.

Qablaşdırma materialının sifariş edilməsinə  nəzarət, mövcud fondun idarə edilməsi və yığılan məhsulların mümkün olduğu qədər ən sürətli formada satışının təşkili, işçilər və satış məhsulları ilə həyata keçirilən işlərin keyfiyyətinə nəzarət də məhz bu gənc kadra tapşırılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗