Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdi Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Azərbaycan və Gürcüstanı qabaqlaması barədə bəyanatına redaktələr edib. Ermənistan KİV-nin xəbərinə görə, N.Paşinyan özünün “Facebook” hesabında səhv məlumat paylaşdığını etiraf edib. O, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinad edərək qeyd edib ki, Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə, Cənubi Qafqazda yalnız Gürcüstanı üstələyir.
Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdi
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
