Argentina- Braziliya matçı 10-cu dəqiqədə dayandırılıb – SƏBƏB

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Avqustun 5-də Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliya seçməsinin qonağı olub.San-Pauloda keçirilən oyun 10-cu dəqiqədə dayandırılıb. Belə ki, Braziliya tərəfi Argentina yığmasının 4 oyunçusunun (Emiliano Martines, Emiliano Buendia, Covanni Lo Çelso və Kristian Romero) karantindən keçmədiyinə görə meydançaya polis çağırıb.Oyun dayandırılıb.Qarşılaşmanın keçiriləcəyi yeni vaxt Beynəlxalq Futbol Federasiyası ilə məsləhətləşmələrdən sonra müəyyən ediləcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗