VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
18.11.2021 06:18 ·

“Razıyam, maaşımızı kəsib Milli Məclisin işçilərinə versinlər” – Tahir Kərimli

Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli parlamentin noyabrın 17-də keçirilən plenar iclasında Milli Məclisin əməkdaşları üçün yaşayış binasının ayrılması, avtomobillərin verilməsi ilə bağlı çıxışının tənqid olunmasına münasibət bildirib.T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki,…

Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli parlamentin noyabrın 17-də keçirilən plenar iclasında Milli Məclisin əməkdaşları üçün yaşayış binasının ayrılması, avtomobillərin verilməsi ilə bağlı çıxışının tənqid olunmasına münasibət bildirib.T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, mənzili və avtomobili deputatlar üçün deyil, parlamentin əməkdaşları üçün istəyib.

“Çıxışımı sosial şəbəkədə yanlış istiqamətə yozurlar. Mən mənzili deputatlar üçün istəməmişəm ki… Parlamentin işçiləri üçün belə bir təklif verdim. Milli Məclisdəki ekspertlərin, texniki işçilərin, sürücülərin, xadimələrin mənzil almaq hüququ yoxdur? Nazirliklərdə nəinki şöbə, hətta sektor müdirlərinin də avtomobilləri var. Niyə Milli Məclisin işçilərinə avtomobil ayrılmasın? Bura qanunverici hakimiyyətin orqanıdır. Lazımdırsa, maaşlarımızı kəsib onlara versinlər. İşçilər də insandır axı… Orada eləsi var ki, 1990-cı illərdən tanıyıram. Bir nəfər tanıyıram, Sumqayıtda “jildom”da yaşayır, evi çox balacadır. Onun haqqı yoxdur mənzili olsun? Hər kəsin gözünə görünən deputatlardır. Axı Milli Məclisin 500-ə yaxın işçisi var… Sadə insanlardır, yaxşı yaşamalıdırlar. Çıxışımın sosial şəbəkədə mənfi istiqamətə yozulmasına təəccübləndim. Düşmənlər çoxalıb. Sanki biz mənzil davası edirik…”