Məşhur futbolçu Türkiyənin bu klubuna keçir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə 2-cü liqasında çıxış edən “Adanaspor” heyətini məşhur futbolçu ilə gücləndirəcək.

Adana təmsilçisi “Liverpul”un sabiq oyunçusu Jordan İbeni transfer edəcək.

Artıq 26 yaşlı ingilis futbolçunun İstanbulda olduğu və yaxın müddətdə rəsmi müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, Jordan İbe karyerası ərzində “Liverpul”,”Birminqam”, ” Bourmunt” formaları geyinib. Onun son klubu Çempionşip təmsilçisi “Derbi” olub.

Vətənim Media Shorts

YouTube-da aç ↗