Neçə vaxtdı düşündüklərimi yazmaq istəyirəm, amma ürək eləmirdim. Deyirdim birdən məni düz başa düşməzlər, nə isə görək nə olur… Deyirəm, bu adını çəkmədiyim virus ki, var görən bizə başa sala bildimi ki, ey… Yer kürəsində yaşayanlar, bəsdi allahın, təbiətin yaratdıqlarına müdaxilə etdiz. Göyə qalxdız, dinmədim, yerə batdız yenə dinmədim, mənim yaratdıqlarıma şübhə ilə yanaşıb özünüz insan düzəltdiz, susdum. Dövlətlilər haqqi, dini, imanı itirib kasıblara qan uddurdular, göz yumdum, bir birinizə silah çəkib qırdız, silahlarınızla öyündüz, dözəmmədim. Məni göndərdilər sizə deyım ki, bu hələ harasıdı? Həmişə deyirəm mətləbdən uzaq düşməyim, bacarmıram. Nə isə…. Deyirəm ay mənə qulaq asanlar, deyirlər bu adını çəkmədiyim, ilan, qurbağa, nə bilim…. Nə yeyənlər ölkəsində yaranıb, onu da deyirlər ki, bu, bir metrədən adama tullanır, ona görə deyirlər ki, bir birinizə iki metrədən yaxın durmayın. Xub… Xub dedim İran yadıma düşdü. Bu şoğərib iki metrə tullana bilmirsə İrana necə tullandı? İranı qoyaq bir yana. Avropanın gözü, brendlər ölkəsi, mədəniyyət ocağı İtaliyaya necə düşdü? Avropa! Sizə yazığim gəlir, deyirəm bəlkə siz kişilərin bir biri ilə evlənməsinə etiraz edib, qey paradlarınızı yığışdırasız? Evlərinizə girəndə ayaqqablarınızı çıxarasız, tualetə gedəndə sudan istifadə edəsiz, yataqda səhər yeməyi yemiyəsiz? Vallah bunları bizi yaradan görür və qəzəblənir. Sizin “p…….” biz düşürük.
