Əhməd bəy Cavanşir-Əhməd bəy Cəfərqulu bəy oğlu 2 mart 1828-ci ildə Kəbirli mahalının Kəh…

Şrift
Əhməd bəy Cavanşir-Əhməd bəy Cəfərqulu bəy oğlu 2 mart 1828-ci ildə Kəbirli mahalının Kəh…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əhməd bəy Cavanşir-Əhməd bəy Cəfərqulu bəy oğlu 2 mart 1828-ci ildə Kəbirli mahalının Kəh….

Əhməd bəy Cavanşir-Əhməd bəy Cəfərqulu bəy oğlu 2 mart 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində doğulub. 15 yaşına qədər molla yanında oxuyub, sonra rus dilini öyrənib. 1843-cü ildə Mehdiqulu xan Cavanşirin xahişi ilə çar I Nikolay Əhməd bəyi Peterburqa dəvət edir və onu dövlət hesabına Pavlov kadet korpusuna qəbul edir.

O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul edirdilər. Sankt-Peterburq mühitinə düşən Əhməd bəy rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə öyrənə bilir. 1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır. 1853-cü ildə Krım müharibəsi başlayır. Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu Isgəndər bəy könüllü olaraq cəbhəyə getmişdilər, Qafqaz cəbhəsində rus əskərləri ilə çiyin-çiyinə 2000 nəfərə qədər azərbaycanlı döyüşürdü.

Əhməd bəyin olduğu Qusar alayı Sevastopol ətrafında vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə görə Əhməd bəy ordenlə təltif edilir və ona ştabs-rotmistr rütbəsi verilir. Lakin, Əhməd bəyə orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla iştirak etdiyi dueldə qolundan yaralandığı üçün 1854-cü ildə tamamilə hərbi qulluqdan getməyə məcbur olur. 1854-cü ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada təssərüfat işləri ilə məşğul olmağa başlayır.

Rus ordusundan istefaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit köhnə kənddə yeni qaydalar yaratmaq istəyirdi. Buna görə də o, xalq arasında "Urus Əhməd bəy" ləqəbini almışdı. Əhməd bəy "Asari-Əhməd bəy Cavanşir" adlı şeirlər, "Türk zərb-məsəllər məcmuəsi" adlı folklor örnəkləri, "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı tarix kitablarının müəllifidir.

Əhməd bəy 1903-cü il yanvarın 9-da vəfat edir və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilir. Onu da qeyd edək ki, tarixçi, şair Əhməd bəy Cavanşir Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗