Qarabağ əmirləri 1343-1356-cı illərdə Elxanilərə, əsasən də bu dövlətdə önəmli vəzifələr…

Şrift
Qarabağ əmirləri 1343-1356-cı illərdə Elxanilərə, əsasən də bu dövlətdə önəmli vəzifələr…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qarabağ əmirləri 1343-1356-cı illərdə Elxanilərə, əsasən də bu dövlətdə önəmli vəzifələr….

Qarabağ əmirləri 1343-1356-cı illərdə Elxanilərə, əsasən də bu dövlətdə önəmli vəzifələr daşıyan çobani (sulduz) əmirlərinə qarşı mübarizə aparıb. 1343-cü ildə Qarabağ əmirləri Hacı Həmzə, Mülayim, Həsən Çobani Axtaçı və Hüseyn Ənbuğa Süleyman xana itaət etməkdən boyun qaçırır, özlərinə "Ulus əmirliyi" verilməsini tələb edir və məqsədlərinə nail olurlar. Qəddar çobani əmiri Məlik Əşrəf Sulduz 1344-cü ildə Ənuşirəvanı padşah elan edir və Qarabağda qarətçiliklə məşğul olur. 1345-ci ildə Qarabağda Şirvanşah Kavusla Məlik Əşrəfin görüşü olur, lakin Məlik Əşrəfin qəddarlığının, yersiz cəzalarının şahidi olub geri qayıdır.

Məlik Əşrəf 1349-1350-ci illərdə Qarabağda Hacı Şəhrimanı öldürtdürür, vəzir Əbdülhey Həmmamini tutdurur. 1352-ci ildə Qarabağdan Təbrizə qayıdır. Əskişəhrə çatdıqda Qarabağda Dəli Bəyazidin başçılığı ilə iğtişaş olur.

Məlik Əşrəf Bəyazidi itaətə cəlb etməyə cəhd göstərsə də, buna nail ola bilmir. Onun göndərdiyi ilk qoşun dəstələri Dəli Bəyazid tərəfindən məğlub edilir, Muğan ərazisi ələ keçirilir. Məlik Əşrəf Təbrizə gedir və Qarabağa güclü qoşun hissələri göndərir.

Lakin, Dəli Bəyazid bu hissələri də məğlubiyyətə uğradır. Məlik Əşrəf Əmir Ələkini Iraq-i Əcəmdən çağırıb Dəli Bəyazidin üzərinə göndərir. Ələki Qarabağa çatdıqda Dəli Bəyazidlə ittifaqa girir və Məlik Əşrəfə qarşı çıxır.

Lakin, bir müddətdən sonra onların arasında münaqişə baş verir. Dəli Bəyazid özünü öldürür, Ələki isə mağaraya girib gizlənir. Məlik Əşrəfin əmirləri Gəncə ilə Tiflisin arasında Leybarik adlı yerdə Ələkini tutub başını kəsirlər və Bəyazidin başı ilə birlikdə Məlik Əşrəfin hüzuruna aparırlar.

Məlik Əşrəfin zülmü Azərbaycan əhalisinin vətəni tərk etməsinə səbəb olmuşdu. Bir çox görkəmli şəxsiyyətlər, o cümlədən, Qazi Məhyəddin Bərdəi şirvanşah Kavusun razılığı ilə Qızıl Orda xanı Canı bəyin yanına gedir və onu Azərbaycana dəvət edir. Canı bəy Qarabağa gəlir və Ağdamda əhali onun pisvazına çıxır.

O, Qarabağdan Təbrizə gedib Məlik Əşrəfi tutur, edam etdirir və çobanilərin ağalığına son qoyulur…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗