Vətənim Media xəbər verir ki, Gəncə şəhər stadionunda fövqəladə hallar zamanı davranış və təxliyə mövzusunda təlim təşkil olunub. Təlimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsi keçirib.
Nəzəri hissədə stadionun kollektivinə yanğın zamanı davranış qaydaları və təxliyə tədbirləri izah edilib. Praktiki hissədə isə şərti yanğın siqnalından sonra yanğınsöndürənlər hadisə yerinə çatıb, işçilər təhlükəsiz əraziyə təxliyə olunub və şərti xəsarət alanlara ilkin yardım göstərilib. Təlimdə yanğın qısa müddətdə söndürülüb.
Əsas mənbə: APA
