Vətənim Media xəbər verir ki, PAŞA Bankın nümayəndələri noyabrın 20–21-də Gəncə İdman Sarayında keçirilən “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində şirkətlərlə inkişaf planları, maliyyələşmə ehtiyacları və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bank bu barədə APA-Economics-ə məlumat verib.
Tədbirdə 112 müəssisə məhsul və xidmətlərini təqdim edib. Biznes nümayəndələri, dövlət qurumları və universitetlərin iştirakı ilə B2B, B2G və B2U görüşləri keçirilib. Sahibkarlara PAŞA Bankın biznes müştəriləri üçün maliyyə həlləri və xidmətləri barədə məlumat verilib.
Əsas mənbə: APA
