Vətənim Media xəbər verir ki, Gəncənin Müseyib Bağırov küçəsində üç minik avtomobili və bir yük maşınının iştirakı ilə zəncirvari qəza baş verib. APA-nın yerli bürosunun məlumatına görə, əvvəlcə “VAZ 2106” ilə “Hyundai” toqquşub.
Toqquşmadan sonra “Hyundai” yol kənarında dayanmış “Opel”ə, daha sonra isə yük avtomobilinə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Əsas mənbə: APA
