Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar, Azərbaycanda tanınmış nəsil və soyadları barədə paylaşımlarım….
Dəyərli tarixsevər dostlar, Azərbaycanda tanınmış nəsil və soyadları barədə paylaşımlarımızı davam etdiririk. Bu dəfə Mehmandarovlar barədə qısa məlumat verəcəyik. Mehmandarovlar və ya Mehmandarlılar Azərbaycan xalqının qədim və tanınmış soylarından biridir.
Mənşəyi Qarabağa ,Şuşaya bağlıdır. Belə ki, Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülki vəzifələr var idi. Bu vəzifələrdən biri də mehmandar idi.
Mehmandarın vəzifə borcu xanlığa gələn fəxri qonaqları ölkənini sərhəddində qarşılayıb, müəyyən qonalqalarda istirahət etdirib, paytaxta gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalıq dönəmində mehmandar Mirzə Əli bəy idi. Mirzə Əli bəyin törəməsi sonralar Mehmandarov soyadını qəbul etdilər.
Bu soyadın yaranması haqqında fərqli fərziyyələr var. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə bu soyadın Mirzə Əli bəyin səxavətli, qonaqpərvər olması səbəbindən yarandığını qeyd edir. O, yazır: "Mirzə Əli bəy məbrur isə sahibi-süfreyi-cud və mehmannəvaz bir vücud imiş ki, o səbəbə onun övladi-əmcadi Mehmandarov məşhurdurlar".
Mehmandarovların bir qolu Lənkəran şəhərinə köçüb. Mirzə Sadıq bəy Mehmandarov Şuşa şəhərində doğulub. Təhsil almaq üçün Peterburqa gedib, hüquq fakültəsini bitirib.
O, Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur, Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqşünas vəzifəsində işləməyə dəvət edir. Mirzə Sadıq bəy Mehmandarov Lənkərana gəldiyi ilk vaxtlarda ev kirayə edib yaşayır. Bir neçə ildən sonra ona evlənmək təklif edirlər.
Beləliklə o, daha məşhur bir nəsil olan Talışinskilərlə qohum olur. Mehmandarovlar soyunun bir neçə görkəmli nümayəndəsini sizə təqdim edirik: Kərim bəy Mehmandarov-Sankt-Peterburq Tibbi Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri; Nağı bəy Mehmandarov-Lənkəran şəhərinin qradonaçalniki-şəhər rəisi, Səməd bəy Mehmandarovun qardaşı; Səməd bəy Mehmandarov-Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Azərbaycan SSR-in hərb xadimi; Mixail Tuşinski-SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü(Kərim bəy Mehmandarovun oğlu idi, (Sankt-Peterburqda ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Tuşinski onu oğlu kimi qəbul edərək öz soyadını vermişdi); Məhbubə xanım Mahmudbəyova -tibb e. d.
(1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. Mustafa Mehmandarov -dirijor…
RUHLARI ŞAD OLSUN! P. S.
Bu soyadın nümayəndələrindən tanıdığınız şəxslər varsa, yazın… TARİXİ BİRLİKDƏ ÖYRƏNƏK!
