Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qambay Məmməd oğlu Vəzirov 19 avqust 1899-cu ildə Gümrüdə (İrəvan quberniyası) doğulub..
Qambay Məmməd oğlu Vəzirov 19 avqust 1899-cu ildə Gümrüdə (İrəvan quberniyası) doğulub. İlk təhsilini İrəvan kişi gimnaziyasında alıb. 1918-ci ildə 6 ay Türkiyədə işləyib. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edib. Hərbiyyə məktəbini bitirdikdən sonra, 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşub.
Q. Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilib. 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunub və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərib. 1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilib.
Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak edib. Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930–1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışıb. 1918-1942-ci illərdə SSRİ-də, xüsusilə də Mərkəzi Asiyada sovet hakimiyyətinə qarşı tüğyan edən Basmaçılar Hərəkatına qarşı döyüslərdə iştirak edib. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilib,bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr edib, "Qırmızı Ulduz" ordeni ilə təltif olunub.
1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnib. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Qambay Vəzirova ölümündən sonra bəraət verilib… RUHU ŞAD OLSUN!!!
