Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Pyotr Kotlyarevski 1782-ci ildə Xarkov quberniyasında doğulub..
Pyotr Kotlyarevski 1782-ci ildə Xarkov quberniyasında doğulub. Zabit kimi ilk dərsini ermənipərəst general V. Zubovdan alıb.
Dərbəndin, Gəncənin işğalında fəallığı ilə seçilən zabit V. Zubovun təqdimatı ilə mayor rütbəsi alıb. Gəncənin işğalı zamanı yaralanmışdı.
O, bu yara ilə fəxr edirdi, onu "çara xidmət" kimi qiymətləndirirdi. O, V. Zubova belə bildirmişdi: "Arzum burada (Azərbaycanda) qalmaq, çara olan böyük sədaqətimi nümayiş etdirməkdir, xahiş edirəm nəzərə alasanız".
Valerian Zubov mayor P. Kotlyarevskini Qarabağdakı hərbi hissələrin birinə başçı təyin etdi. O, Şuşaya gəlib, orada məskən saldı. 1805-ci il iyunun 25-də polkovnik Pavel Karyaginin Şahbulaq və Mehrabda apardığı vuruşmada iştirak etdi və elə ilk döyüşdə yaralandı.
P. Kotlyarevski Şahbulaq və Mehrabdakı qələbədən sonra, polkovnik Karyaginə məsləhət verir ki, Azərbaycanda hökmran olmaq üçün ermənilərdən istifadə etmək lazımdır. Mayor P.
S. Kotlyarevski çar I Aleksandrın şəxsi imzası ilə təltif olunmuşdu, 1807-ci ildə podpolkovnik, bir il sonra isə polkovnik rütbəsi almışdı. P.
Kotlyarevski Azərbaycanın işğalında xüsusi rolu olan 17-ci Yeger polkuna komandir təyin olunmuşdu. O çox vaxt idarə etdiyi ərazilərdən kənarda yerləşən torpaqlara da basqınlar edir, əhalini talayırdı. Qarət edilmiş sərvətlərin bir qismini Peterburqa göndərirdi.
O, 1810-cu ilin iyul ayında 450 nəfərlik piyada dəstə ilə Mehri və Ahalqanı işğal etdi və ona general-mayor rütbəsi verildi. O, Qarabağda, Şuşada da bir çox cinayətlər törədib. Qarabağ xanı İbrahim xanın nəvəsi Cəfərqulu ağa məcburiyyət qarşısında qalıb İrana qaçmışdı.
Amma xanın ailəsi girov tutulub saxlanmışdı. Bu barədə Qafqaz qoşunlarının ali baş komandanı N. Ptişşevə 1812-ci il may ayının 26-da məlumat verilmisdi.
Bu məlumatda Cəfərqulu xan Nəvanın anası Xeyrənisə bəyim barədə də söhbət gedir. Məlim olur ki, bu quldur qadın zinətinə də göz dikmiş və Xeyrənnisə bəyimdən ev əmlakının çox hissəsini, o cümlədən, 2 yeşikdən ibarət zinət şeylərini alıb Tiflisə göndərmişdi. Xeyrənisə bəyimdən 20 min manat gümüş pul da almışdı.
1812-ci il oktyabrın 10-da Aslandüz döyüşü oldu. O, qoşuna döyüşqabağı müraciət etdi. "İlanı başından əzmək Suvorovun məsləhətidir.
Başdan endirilən zərbələrdən düşmən dərhal məhv olur. Bilin, irəliyə hücumda güllə ürəyə də, alına da dəyər. Geri qaldıqda isə onlarla güllə kürəyə dəyir".
Əsgərlərinin cəsarətlə vuruşmasına baxmayaraq Abbas Mirzə Aslandüzdə məğlub olur. P. S.
Kotlyarevskinin rütbəsi artırılır. Mir Mustafa xan Lənkəranı tərk etmişdi. P.
S. Kotlyarevski həmin istiqamətdə hərəkət etdi. Lakin o, Arazı keçəndən sonra Muğanda şahsevənlərin müqavimətinə rast gəldi, bu müqaviməti aradan qaldırıb Talış xanlığının ərazisinə daxil oldu.
Rus qoşunları 1812-ci il dekabrın 25-də Qamışavana daxil olub, Sarı adasında yerləşən digər rus hərbi qüvvəsi ilə birləşdi. Beləliklə, rus qoşunları iki istiqamətdə hərəkət etməyə imkan tapdı. Bu vaxt Lənkəran qalasında İran qoşunu istehkam qururdu.
Həmin qoşuna Sadıq xan başçılıq edirdi. Rus generalı ona dəfələrlə danışıqsız təslim olmaq barədə məktub göndərsə də Sadıq xan bu tələblərə əhəmiyyət vermir, rus generalını "Şimal tülküsü" adlandırırdı. Sadıq xan generala göndərdiyi cavab məktubunda yazırdı: "Şimal tülküsü, heç vaxt qürrələnmə.
Qələbəyə inam Allahın işidir. Döyüşmək istəyirsən irəli gəl, halına bax!" Mir Mustafa xan rus generslına demişdi: "Allah qoysa qala düşmən qüvvələrindən təmizlənəcəkdir". General ona bildirmişdi: "Allah qoysa da alacağam, qoymasa da".
1812-ci il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Lənkəran qalasında qanlı döyüşlər başladı. Təxminən 6. 000 döyüşçü həlak oldu. Sadıq xan da öldürüldü.
P. Kotlyarevski üç yerdən yaralandı. Lənkəran qalasında qazandığı qələbəyə görə o 2-ci dərəcəli Müqəddəs Georgi Ordeni ilə təltif olundu.
P. Kotlyarevski 1813-cü ilin mart ayında Qarabağa gəldi. Aldığı yaralar hələ sağalmamışdı, onu işləməyə qoymurdu.
Tezliklə general istefaya çıxdı. Rusiyanın Baxmut qəzasının Aleksandrovka kəndində yaşadı və elə orada da vəfat etdi…
