DSX xidmətə qəbul elan etdi

Şrift
🔊 Xəbəri dinlə — Babək
DSX xidmətə qəbul elan etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir.Bu barədə Oxu24.com-a DSX-dan məlumat verilib.Bildirilib ki, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:- Müddətli həqiqi hərbi xidmət keçmiş;- 30 yaşadək, fiziki cəhətdən sağlam;- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilər.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗