Güclü duman var

Şrift
🔊 Xəbəri dinlə — Babək
Güclü duman var

Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə isə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗