Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.Oxu24.com xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.O, bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamenti rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə “PAŞA Sığorta” ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib./iqtisadiyyat.az/
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
