Norveç mülki əhalinin ehtiyaclarını ödəmək üçün Fələstinə 13 milyon dollar yardım göndərəcəyini açıqlayıb.Oxu24.com xəbər verir ki,Norveç xarici işlər naziri Espen Bart Eide yazılı açıqlamasında fələstinlilərə beynəlxalq dəstəyin zəruri olduğunu bildirib.Eide bildirib ki, Norveç hökuməti Fələstindəki mülki əhalinin ehtiyaclarını ödəmək üçün 13 milyon dollar yardım göndərmək qərarına gəlib və əlavə edib: “Yardım Birləşmiş Millətlər Təşkilatı (BMT) və Dünya Bankı vasitəsilə çatdırılacaq”.Nigar
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
