Təqaüd və ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR  

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Təqaüd və ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Oxu24.com -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Naxçıvan Muxtar Respublikası üzrə bu ayın sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri həyata keçirilib.Beləliklə, sentyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.Bundan əvvəl sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin sentyabr ayı üzrə pensiyaları ödənilib.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗