Çinin “Huawei” şirkəti flaqman Kirin çipləri ilə təchiz edilmiş
yeni Mate 90 smartfon seriyasını təqdim edib.
Qadcetlərin təqdimatı “Weibo” sosial şəbəkəsində yayımlanıb.
Seriyaya “Mate 90”, “Mate 90 Pro”, “Mate 90 Pro Max” modelləri,
həmçinin Mate 90 Pro Max-ın kolleksiya versiyaları daxildir. “Mate
90” modelində “Kirin 9030”, “Mate 90” Pro-da “Kirin 9035”, Mate 90
Pro Max-da isə mikrosxemlərin çoxsəviyyəli optimallaşdırılmasını
nəzərdə tutan “məntiqi bükülmə” texnologiyasına malik flaqman
“Kirin 9050 Pro” çipi istifadə olunur. Bu çip daha az enerji
sərfiyyatı ilə daha yüksək hesablama gücü təmin edir. Qadcetlər
HarmonyOS 7 əməliyyat sistemi ilə işləyir.
<!—->
<!—->
(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}
window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abde4ae15da5’);
“Mate 90 Pro Max” sənayedə üç eSIM və bir fiziki SIM kart
olmaqla, dörd SIM kartı dəstəkləyən ilk smartfon olub.
“Mate 90 Pro Max” smartfonu üçün 1 düymlük CMOS sensorla təchiz
edilmiş xarici Ruying Z10 fotoçəkiliş modulu nəzərdə tutulub. Modul
24-240 mm fokus məsafəsini və 10x optik yaxınlaşdırmanı təmin
edir.
Əsas mənbə: Trend
