Vətənim Media xəbər verir ki, Gürcüstanın Qaracalar kəndindən olan modelyer Qalib Həsənov “The Business of Fashion” nəşrinin “BoF 500 Class of 2026” siyahısına daxil edilib. İllik siyahıda qlobal dəb sənayesinin nüfuzlu simaları yer alır.
31 yaşlı Həsənov Milanda yaşayır və “Institution” brendinin təsisçisi, eləcə də kreativ direktorudur. O, sosial şəbəkə hesablarında siyahıya daxil edilməsini özü üçün şərəf saydığını bildirib. “BoF 500”ə seçilmək dəb sənayesinə və qlobal modanın inkişafına göstərilən təsirin tanınması kimi təqdim olunur.
Əsas mənbə: APA


