Vətənim Media xəbər verir ki, Altıağac–Xızı avtomobil yolunun 17-ci kilometrində baş verən sürüşmədən sonra bərpa və möhkəmləndirmə işləri aparılır. İntensiv yağıntı və sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün əraziyə işçi qüvvəsi, xüsusi texnika və mexanizmlər cəlb edilib.
İşlər zamanı zədələnmiş yol hissələri bərpa olunur, hərəkət hissəsinə və ətraf sahələrə yığılmış torpaq təmizlənir, yol yatağının dayanıqlığını artırmaq üçün tədbirlər görülür. Mümkün əlavə riskləri azaltmaq məqsədilə yağıntılı hava şəraitinə qarşı qabaqlayıcı tədbirlər də həyata keçirilir. Bərpanın məqsədi yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi, nəqliyyatın hərəkətinin tam bərpası və bölgə ilə əlaqənin fasiləsizliyinin təmin edilməsidir. İşlər müvafiq prezident sərəncamına əsasən aparılır.
Əsas mənbə: APA
