Aruşada QHPŞ-nin koordinasiya iclasında təşkilatın fəaliyyəti müzakirə olunub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Aruşada QHPŞ-nin koordinasiya iclasında təşkilatın fəaliyyəti müzakirə olunub

Vətənim Media xəbər verir ki, Tanzaniyanın Aruşa şəhərində Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclası keçirilib. Toplantıya Milli Məclisin sədri və Şəbəkənin rəhbəri Sahibə Qafarova sədrlik edib.

İclasda Qafarova Şəbəkənin beynəlxalq fəaliyyətinin genişləndirilməsi, xarici səfərlər və tərəfdaşlarla əməkdaşlıq barədə məlumat verib. Onun sözlərinə görə, QHPŞ altı təşkilatda müşahidəçi statusuna malikdir, səkkiz təşkilata isə Şəbəkədə belə status verilib. Tərəfdaş qurumlarla indiyədək 10 anlaşma memorandumu imzalanıb. Qafarova bu nəticələrin kollektiv səylərin bəhrəsi olduğunu vurğulayıb.

İştirakçılar Şəbəkənin institusionallaşması məsələlərini də müzakirə ediblər. Özbəkistan, Venesuela, Mərakeş, Belarus, Pakistan, Misir və Tanzaniyanı təmsil edən parlament rəsmiləri gündəlikdəki mövzularla bağlı fikirlərini bölüşüblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗