Vətənim Media xəbər verir ki, Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda Bakı Bəyannaməsi qəbul olunub. Forumun bağlanışında Milli Məclisin sədri Sahibə Qafarova 2027-2028-ci illər üçün yeni “Yol xəritəsi”nin imzalandığını bildirib.
Forumun açılışında tərəflər parlamentlərarası dialoqun və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva müzakirələrin müttəfiqliyin möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə töhfə verəcəyini deyib. Tədbirdə panel müzakirələri də keçirilib.
Əsas mənbə: APA
